Azərbaycanda fəaliyyət göstərən və turizm xidmətləri təklif edən onlayn rezervasiya platformalarının Dövlət Turizm Agentliyinin nəzdindəki azerbaijan.travel portalına inteqrasiyası nəzərdə tutulur.
Azərbaycanda bayram günlərində hotellərdəki bronların 40 %-i ləğv olunub
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, inteqrasiya prosesi çərçivəsində onlayn platformaların qoşulması planlaşdırılır.
Layihəni Dövlət Turizm Agentliyinin il ərzində həyata keçirməsi nəzərdə tutulur.
Gözlənilir ki, bu addım turizm xidmətlərinə çıxış imkanlarını genişləndirəcək, istifadəçilər üçün vahid platforma üzərindən rezervasiya imkanlarını artıracaq və ölkənin turizm potensialının daha effektiv təqdimatına şərait yaradacaq. (Report)












