Azərbaycanda iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə birdəfəlik tutumundan istifadə səviyyəsi məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, təqdim olunan statistikaya əsasən, Azərbaycan Respublikası üzrə bu sahədə ümumi orta göstərici 24,4 faiz təşkil edir.
Siyahıya liderliyi Naftalan şəhəri edir və burada birdəfəlik tutumdan istifadə səviyyəsi 48,5 faizə bərabərdir. İkinci pillədə 41,7 faizlik göstərici ilə Şabran rayonu qərarlaşıb. Reytinqdə paytaxt Bakı şəhəri də ön sıralardadır və siyahıda 36,9 faizlik istifadə səviyyəsi ilə üçüncü yeri tutur.
İlk onluğa daxil olan digər ərazilərin ardıcıllığına gəldikdə, Qusar rayonunda bu rəqəm 31,7 faiz, Sabirabad rayonunda isə 27,7 faiz təşkil edib. Cədvəldə daha sonra 23,3 faizlə Lənkəran rayonu, 21,5 faizlə Qəbələ rayonu və 20,5 faizlə Şamaxı rayonu yer alır. Ən yüksək göstəriciyə malik ilk onluğu müvafiq olaraq 19,5 faizlik nəticə ilə Bərdə rayonu və 16,6 faizlik istifadə səviyyəsi ilə Quba rayonu tamamlayır.












