"Azərbaycan Hava Yolları" QSC (AZAL) sabah ölkədə qeyd olunacaq Turizm işçiləri günü münasibətilə yeni aksiyaya start verib.
FED.az AZAL-a istinadən xəbər verir ki, sentyabrın 29-da bilet alan hər bir sərnişin bütün istiqamətlərdə 29 % endirimdən yararlana biləcək.
Aksiya çərçivəsində biletləri 29 sentyabr - 28 oktyabr 2023-cü il tarixləri üçün əldə etmək olar.
Aviabiletləri AZAL-ın kassalarından və “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
Aksiya AZAL-ın çarter və kod-şerinq reyslərinə şamil edilmir.