Azərbaycan Turizm Assosiasiyası (AZTA) Bakıdan Türkiyənin kurort zonası - Alanya şəhərinə uçuşların dayandırılması barədə söz-söhbətə münasibət bildirib.
FED.az xəbər verir ki, qurum bəyan edib ki, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli strukturu "Buta Airways” uçus istiqamətlərini tələbə uyğun olaraq seçib və prioritet istiqamətlərdən biri də Alanyada yerləşən Qazipaşa hava limanıdır. Aviaşirkət ötən ilin sentyabr ayından uçuşların başlaması üçün hava limanı ilə danışıqlar aparmağa başlayıb. Buna səbəb aeroportda xidmət haqqının xeyli aşağı olmasıdır. Lakin texniki problemlərə görə uçuşların müvəqqəti olaraq Antalya hava limanına həyata keçirilməsi qərara alınıb.
Eləcə də bax: «Buta»dan açıqlama - «TEXNİKİ İMKANIMIZ YOXDUR»
"Ötən ilin mart ayında “Buta Airways”in bu il iyunun 7-dən Alanyaya uçuşlar həyata keçirəcəyi haqqında məlumat yayılıb. Amma bu istiqamətdə uçuşlar əvvəlcədən planlaşdırılmadığı üçün heç bir reys ləğv olunmayıb. Antalyaya reyslər AZAL və "Türk Hava Yolları" tərəfindən həftədə 2 dəfə həyata keçiriləcək. Yüksək tələb nəzərə alınaraq Antalyaya gündəlik çarter reysləri də təşkil olunacaq.
Eləcə də bax: "Buta" aviaşirkəti Antalyaya reysləri ləğv etdi
Antalya və Alanyadan başqa birbaşa uçuşlar həmçinin Türkiyənin Bodrum, İzmir, Dalaman kimi kurort şəhərlərinə də təşkil olunacaq. Beləliklə, azərbaycanlı turistlər üçün ənənəvi olan kurortlardan başqa yeni istiqamətə - Alanyaya da uçuşlar həyata keçiriləcək.