Kapadokiyanın məşhur hava şarları turistlərə təkrarsız anlar yaşatmaqla yanaşı, sahiblərinə və Türkiyə turizminə də böyük gəlir gətirir.
FED.az xəbər verir ki, Türkiyənin Kapadokiya bölgəsinə gələn turistlər orta hesabla gündə 150-yə yaxın isidilmiş hava şarından istifadə edirlər. Turistlər üçün turlar əvvəlcədən rezervasiya etdirirlər.
Eləcə də bax: Türkiyədə turistlər yeməyə - 5,1 MİLYARD DOLLAR XƏRCLƏYİBLƏR
Bu ilin sonuna qədər 75 milyon dollarlıq iqtisadi gəlir gətirəcəyi gözlənilən isidilmiş hava şarı turları xarici turistlər qədər yerli turistləri də özünə cəlb edir.