"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" Publik Hüquqi Şəxsi (VÖEN – 8600208181) açıq müsabiqə elan edir.
FED.az xəbər verir ki, müsabiqənin predmeti Şuşa şəhəri, D-5 massivində 1-ci mərhələdə tikintisi nəzərdə tutulan 6 ədəd (1, 2, 3, 4, 5 və 6 nömrəli binalar) 4 mərtəbəli yaşayış binalarının tikinti işlərinin satınalınmasıdır. Ehtimal olunan qiymət 15 milyon 970 min 776 manat 37 qəpik təşkil edir.
Müsabiqə 11 dekabr 2025-ci il, saat 13:12-də dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 28 yanvar 2026-cı il, saat 15:00-dır.
İştirak haqqı 2395,62 manatdır. Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.
İstifadə haqqı isə 25 manat təşkil edir. Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçməklə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs: Babək Kərimli - Satınalma sektorunun müdiri
[email protected]
+994 70 203 05 20
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 28 yanvar 2026-cı il, saat 15:00-a qədər Şuşa şəhəri ünvanına təqdim edə bilərlər.











