2023-cü ilin yanvar-sentyabr aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor ikinci yerdə dayanıb.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında bildirilir.
Bu dövrdə 124,3 milyon dollar dəyərində pomidor ixrac olunub.
Bu da ötən illə müqayisədə 10 milyon dollar və ya 7,3% azdır.
2022-ci ilin müvafiq dövründə isə 134,3 milyon dollar dəyərində elektrik enerjisi ixrac olunmuşdu.