2023-cü ilin yanvar-sentyabr aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi birinci yerdə dayanıb.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında bildirilir.
Bu dövrdə 330,4 milyon dollar dəyərində elektrik enerjisi ixrac olunub.
Bu da ötən illə müqayisədə 294 milyon dollar və ya 9,1dəfə çoxdur.
2022-ci ilin müvafiq dövründə isə 36,4 milyon dollar dəyərində elektrik enerjisi ixrac olunmuşdu.