Naxçıvan MR Nazirlər Kabineti elan etdiyi tenderi başa çatdırıb.
Dövlət qurumları avtomobilləri kimdən alırlar? – TENDERLƏR, ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR - SİYAHI
FED.az xəbər verir ki, sözügedən tender xidməti minik avtomobillərinin satın alınması ilə bağlı keçirilib.
Tenderin qalibi "Toyota Abşeron Center" MMC (VÖEN: 3101648411) olub.
Qalib şirkətlə 236 700 AZN dəyərində müqavilə imzalanıb. Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
Qeyd edək ki, “Toyota Abşeron Center” MMC 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elşən Əhmədov Mahmud oğludur. Hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, ev 6-cı km ünvanında yerləşir.