Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 180 məcburi köçkün ailəsi üçün mənzillər tikdirəcək.
Eləcə də bax: Müalicə Pansionatı əsaslı təmir ediləcək - 6,7 MİLYON MANATLIQ SİFARİŞ
FED.az xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Bakı şəhəri, Qaradağ rayonunda müvəqqəti məskunlaşmış 180 məcburi köçkün ailəsi üçün "Ümid" qəsəbəsi ərazisində zəruri texniki infrastrukturu olan 3 ədəd 5 mərtəbəli 60 mənzilli yaşayış binalarının tikintisi, qaz, elektrik, su təhcizatı və abadlıq işləri tenderlərinin qaliblərini açıqlayıb. 7 tenderin ümumi məbləği 11 milyon 962 min 249 manat olub.
“T.T.Ş-İnşaat” MMC ilə 5 mərtəbəli 60 mənzilli 1 №-li yeni yaşayış binasının tikintisi üçün 3 milyon 346 min 919 manat;
“Bakinşaat Group” ММC ilə 5 mərtəbəli 60 mənzilli 2 №-li yeni yaşayış binasının tikintisi üçün 3 milyon 402 min 753 manat;
“Tunel-Metro Inşaat” ММC ilə 5 mərtəbəli 60 mənzilli 3 №-li yeni yaşayış binasının və videomüşahidə şəbəkəsinin tikintisi üçün 3 milyon 425 min 700 manat manat;
“Tunel-Metro Inşaat” ММC ilə 3 ədəd 5 mərtəbəli 60 mənzilli yeni yaşayış binaların xarici və sahədaxili qaz təchizatı üçün 34 min 774 manat;
“VS Enerji Servis” MMC ilə 3 ədəd 5 mərtəbəli 60 mənzilli yeni yaşayış binaların xarici və sahədaxili elektrik təchizatı şəbəkəsinin tikintisi üçün 616 min 154 manat;
“Konsept Holding” MMC ilə 3 ədəd 5 mərtəbəli 60 mənzilli yeni yaşayış binaların ətrafında abadlıq və yaşıllaşdırma işləri üçün 600 min 764 manat;
“Azərsutəchizattikinti” ASC ilə 3 ədəd 5 mərtəbəli 60 mənzilli yeni yaşayış binaların su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi üçün 535 min 215 manat məbləğində müqavilələr bağlanıb.