Göyçay Rayon İcra Hakimiyyəti “2022-ci ildə Göyçay şəhərində küçələrin, dalanların, səkilərin və yolların əsaslı təmiri işlərinin satın alınması” tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "ATF" MMC olub. Şirkətlə 673 min 320.744 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl Qəbələ Rayon İcra Hakimiyyəti Qəbələ Şəhər İnzibati Ərazi Nümayəndəliyinin 400 min 003.48 “Qəbələ şəhəri, 28 may küçəsinin (Futbol Akademiyasına dönən döngədən sonadək) və İsrəfil Məmmədov küçəsi, döngə 1-in yolların əsaslı təmir işləri” tenderi üzrə müqavilə bağlanılıb (09.12.2022)