Bərdə Rayon İHB-Nın Şəhər Nümayəndəliyi “ Yolların əsaslı təmiri işlərinin satın alınması” tenderinə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi “Sky Paradise Construction” MMC olub. Şirkətlə 479 min 020.17 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət həmçinin Lənkəran Şəhəri İcra Hakimiyyətinin 427 min 621.03 manat məbləğində “Şəhər və rayon ərazisində aparılacaq bir sıra quruculuq-bərpa işlərinin satın alınması” tenderinin qalibi seçilib (03.11.2022).