“Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu tərəfindən elan edilmiş tenderə yekun vurulub.
2 rayonun yol təmiri tenderi ləğv edildi: Məbləğ 1 milyondan çox idi
FED.az xəbər verir ki, satınalma müsabiqəsi xidməti minik avtomobilinin alınması məqsədilə həyata keçirilib.
Müsabiqənin qalibi “Toyota”-Bakı Mərkəzi MMC olub. VÖEN-i 2000568681 olan şirkət institutun ehtiyacları üçün yeni avtomobilin tədarükünü həyata keçirəcək.
Qalib şirkətlə bağlanacaq müqavilənin ümumi dəyəri 127.500 manat təşkil edir. Bu məbləğə avtomobilin təhvil verilməsi ilə bağlı bütün xərclər daxildir.