2020-ci ilin yanvar ayından indiyə kimi Cəlilabad rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 3 milyon 134 min 874 manat məbləğində 41 tender keçirilib.
Şəmkirdə dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az-ın məlumatına görə, İcra hakimiyyəti 13 tenderə 2 milyon 596 min 362 manat xərcləyib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderlərdə ən çox qalib gələn Abbasov Şahin Abas oğlu olmuşdur. Ən iri tenderin qalibisi isə “Enerji Tikinti Servis" MMC olmuşdur.Belə ki, “Enerji Tikinti Servis" MMC 651 min 965 manatlıq rayondaxili yolların təmiri işləri tenderinin qalibi olmuşdur.
Cəlilabad Tibb Kolleci ümumi dəyəri 43 min 575 manat olan 2 tender müsabiqəsi keçirib. Hər iki tenderin qalibi "TİİM" MMC olmuşdur.