Banner

Tenderlər

Şəmkirdə dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR

Şəmkirdə dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR | FED.az
17:11 14 Sen 2021

2020-ci ilin yanvar ayından indiyə kimi Şəmkir rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 4 milyon 150 min 654 manat məbləğində 33 tender keçirilib.

Ağstafada dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR

FED.az-ın məlumatına görə, İcra hakimiyyəti 15 tenderə 3 milyon 401 min 645 manat xərcləyib.

Şəmkir Rayon İcra Hakimiyyətinin keçirdiyi ən böyük  tenderi "Qafqaz Group" MMC şirkəti udub. Belə ki, "Qafqaz Group" MMC ümumi dəyəri 588 min 116 manat olan 5 tenderin qalibi olub.

 Mədəniyyət Nazirliyinin Şəmkir Regional Mədəniyyət İdarəsi  ümumi məbləği  411 min 154 manat olan 6 tender müsabiqəsi keçirib.Bunlardan ikisinin qalibi “ZENİT-LTD" MMC olmuşdur.

Banner
Banner

Digər xəbərlər

Banner