"Təhsilin İnkişafı Fondu" Publik Hüquqi Şəxsi açıq tender elan edib.
FED.az xəbər verir ki, müsabiqə Bakı şəhəri, Sabunçu rayonu 68 nömrəli tam orta məktəbin sökülərək yerində 528 şagird yerlik yeni binanın tikintisinin əlavə işlərinin və mebel avadanlıqları ilə təchiz edilməsini əhatə edir.
Müsabiqədə iştirak haqqı 600 AZN-dir.
Satınalan təşkilatın VÖEN-i: 2007333601
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 49 C, Çıraq Plaza, 14-cü mərtəbə
Ehtimal olunan qiymət: 1 308 688 AZN
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 28.11.2025 12:00
Zərflərin açılış tarixi və vaxtı: 28.11.2025 12:00
Təchizatçılarla vasitəçi olmadan əlaqəni təmin edən və məlumat mübadiləsini aparan vəzifəli şəxs: Rauf Daşdanov, Təchizat və satınalma sektorunun müdiri
Email: [email protected]
Əlaqə telefonu: +994 12 599 12 09 (6740)













