Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Təkliflər şərtlərə uyğun gəlmədi, tibbi qurumun - TENDERİ LƏĞVƏ GETDİ
FED.az xəbər verir ki, sözügedən tender geyim əmlaklarının və yataq ləvazimatlarının alınması (2-ci mərhələ) üzrə elan edilmişdi. Tenderin qalibi "Esen Tekstil" MMC olub. Qalib şirkətə 9 267 098 AZN məbləğində ödəniş ediləcək.
Qeyd etmək lazımdır ki, şirkət əvvəllər də dövlət qurumlarının müxtəlif iri məbləğli satınalmalarında iştirak edib. Belə ki, 25 iyun 2025-ci il tarixində DİN-nin Maddi-Texniki Təminat Baş İdarəsinin geyim və yataq ləvazimatları satınalması üzrə 20 621 875 AZN dəyərində tenderi udub.
Bundan əlavə, 6 avqust 2025-ci il tarixində Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin xüsusi geyim və fərqlənmə nişanlarının alınması üzrə 4 338 423 AZN-lik tenderdə dəyərində qalib olmuşdu. Eyni zamanda, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin yumşaq inventarların satın alınması üzrə tenderləri də şirkətin portfelində yer alır: 25 avqust 2025-ci il tarixində 3 880 430 AZN, 13 may 2025-ci il tarixində 2 892 613 AZN və 9 yanvar 2025-ci il tarixində 1 012 511 AZN məbləğində tenderlər.
Beləliklə 2025-ci il ərzində "Esen Tekstil" MMC tərəfindən qazanılmış bütün tender sifarişlərinin ümumi məbləği 41 011 050 AZN təşkil edir.
Qeyd edək ki, “Esen Tekstil” MMC 2021-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rəşid Xəlilov Tahir oğludur. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Mikrorayon 7, ev 29 B, m. 86 ünvanında yerləşir.













