"İpoteka və Kredit Zəmanət Fondu" tərəfindən satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması (2-ci mərhələ) ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Maksimus" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 68 milyon 703 min 95 manat 90 qəpik təşkil edir. Ehtimal olunan qiymət isə 200 milyon 433 min 333 manat 33 qəpik idi.
Qeyd edək ki, "Maksimus" MMC bu ilin əvvəlində (25.02.2025) Fondun daha bir iri layihəsini icra etmək hüququ qazanıb. Şirkət İpoteka və Kredit Zəmanət Fondunun yeni inzibati binasında təmir-bərpa işləri üzrə keçirilən tenderin qalibi olub. Həmin müqavilənin dəyəri 17 milyon 804 min 626 manat 90 qəpik təşkil edib.











