Hamı bilir ki, pul qabı – pul üçündür. Amma burada başqa faydalı əşyalar da saxlamaq olar və lazımdır. FED.az bildirir ki, müxtəlif hallarda problemlərin yaşanmaması üçün pul qabında bu əşyaları gəzdirmək lazımdır
1. Bank kartı
Debet və ya kredit kartlarından birini götürüb, ona bir qədər pul yükləyin. Bəzi banklar xüsusi təkliflər və yüksək keşbəklərlə kartlar təklif edirlər. Həmni kartlardan o qədər də böyük olmayan alışlar üçün istifadə etmək olar. Pulun qalan hissəsini isə qalığa fazi hesablanması şərtidlə elə kartda saxlamaq olar.
Eləcə də bax: Restoranda pulu kim ödəməlidir? – MALİYYƏ ETİKETİNİN 10 QAYDASI
Məsləhət: Əgər narahat olursunuzsa ki, kartınızı oğurlayıb istifadƏ edə bilərlər, onda PayPass texnologiyası olmayan kart seçin. Başqa bir üsul kartın arxa tərəfindəki kodu - CVV-ni pozun. Bu kod olmasa kartla internetdə ödəmə etmək mümkün deyil.
2. Telefon nömrəsi
Əgər qəflədən pul qabınızı itirsəniz, onu tapanlar qaytarmaq üçün sizi necə tapa bilərlər? Ona görə də bir kağıza nömrənizi yazıb pulqabının əsas cibinə qoyun.
Məsləhət: Yaxşı olar ki, bu nömrə pulqabındakı bank kartı ilə bağlı olmasın. Ona görə də ən yaxşısı, buraya yaxın dostlarınızın və ya qohumların telefonunu yazmaqdır. Amma onları əvvəlcədən xəbərdarlıq etməyi unutmayın.
3. Bir az nağd pul
Təəssüf ki, kartları hər yerdə qəbul etmirlər. Hər ehtimala qarşı özünüzdlə bir qədər nağd pul gəzdirin. Xüsusilə də əgər xaricə gedirsinizsə – məsələn , Avropada mağaza və kafelərin bəziləri yalnız Avropa ödəmə sisteminə aid kartları qəbul edirlər.
Eləcə də bax: «İstəsəniz alacağın borcu da girov qoya bilərsiz» - MÜSAHİBƏ
Məsləhət: pul qabına böyük olmayan nominalı pul qoyun ki, qəzet köşkündə 100 avroluq əskinasla hesablaşmayasınız.
4. Tibbi məlumatlar
Pullar lazımlıdır, amma sağlamlıq ondan da vacibdir. Ona görə də br vərəqə öz tibbi sığortanızın (əgər varsa) nömrəsini, öz qan qrupunuzu, allergiyanız olan dərmanların siyahısını yazın. Küçədə başınıza bir iş gəlsə, bu məlumat lazım olacaq.
Məsləhət: elə həmin vərəqə ad-soyadınızı və sizə yaxın olan adamın telefonunu da yazmaq olar ki, təcili bir hadisə baş versə onunla əlaqə saxlasınlar.
5. Endirim kartları
Endirimləri hamı sevir. Tez-tez alver etdiyiniz mağazaların endirim kartlarını özünüzlə gəzdirin. Onlar ya dərhal qənaət etməyə, ya da heç olmasa əlavə xallar toplamağa imkan verərlər ki, gələcəkdə ondan istifadə edəsiniz.
Məsləhət: Mağazaların çoxu müştərinin kartını onun telefonu ilə tapırlar. Belə mağazaların kartlarını pulqabından kənarda saxlayın.
Pulqabında saxlamalı olduğunuz – 5 ƏŞYA, SİYAHI
19:53
30 Mart 2018