Romantik və işgüzar görüşlərdə, dostlarla şam yeməyində və ya işdəki rəhbərliklə nahar yeməyində hesabı kim ödəyəcəyi ilə bağlı dəqiq qaydalar yoxdur.
FED.az xəbər verir ki, amma maliyyə etiketi üzrə mütəxəssislər bu vəziyyətlər üçün ən yaxşı variantı seçməyə imkan verir.
Ümumiyyətlə, az qala bütün hallar üçün vahid qayda belədir ki, hesabı dəvət edən tərəf ödəyir. Amma heç də bütün hallar bu qaydaya aid deyil.
1. Görüşə gələn xanım hesabı yarı bölməyi təklif etməlidirmi?
Hələ təqribən 10 il bundan əvvəl bu sualın cavabı məlum idi: hesabı kişilər ödəməlidir. Amma bu gün həmin cavabı birmənalı demək olmaz. Hazırda bəzən xanımlar öz müstəqilliklərini nümayiş etdirir, bəzən isə oğlanlar avropasayağı qaydalara əməl edərək xərclərinə qənaət edir və maliyyə məsələlərində xanımlarla «tərəfdaşlıq» edirlər. Maliyyə məsləhətçiləri belə vəziyyətlərdə xanımlara məsləhət görürlər ki, onları yeməyə dəvət edən kavalerə özünü göstərməyə mane olmasınlar: Xanımların öz müstəqilliklərini göstərmək üçün başqa imkanları həmişə olacaq».
Eləcə də bax: Mağazada satıcılara nə zaman ehtiyac yaranır?
Ümumiyyətlə isə romantik görüşlərdə hesabı kişiyə gətirirlər və hesabı da o ödəyir. Amma əgər xanım qətiyyətlə öz pulunu ödəmək istəyirsə, onun seçiminə hörmətlə yanaşıb belə imkan vermək lazımdır. Ya da, xanımlar ofisianta çaypulu verməklə prosesi dəstəkləyə bilərlər.
Bununla yanaşı, məsləhətçilər əmindirlər ki, xanımlar, hətta onları dəvət etsələr belə, görüşə pulsuz getməsinlər: «Xanımın üzərində həmişə kifayət qədər pul olmalıdır ki, bəzi görünməyən hallar ortaya çıxarsa pulunu özü ödəyə bilsin».
2. Bəs oğan və qız sadəcə dostlardırsa?
Bu məsələdə hər şey aydındır, hər kəs öz pulunu ödəyir: «Burada məşhur qayda işə düşür, dostluğun hesaba aidiyyatı yoxdur». Hərçənd Azərbaycanda bunu təsəvvür eləmək çətindir. Amma əgər «mən dəvət edirəm» ifadəsi səslənibsə, hesabı dəvət edən tərəf ödəyir.
3. İşgüzar naharın pulunu kim ödəməlidir?
İşgüzar etiketdə, cins rol oynamır, kişilər və qalınlar bərabər hüquqlu həmkarlardırlar, stats isə yalnız vəzifədən asılıdır. Ona görə də bu hallarda naharın pulunu dəvət edən tərəf ödəyir.
«Əgər heç kim dəvət etməyibsə, və tərəflər sadəcə görüşü restoranda keçirməyi qərara alıblarsa, («gəl restoranda oturub hər şeyi müzakirə edək») hər tərəf öz pulunu ödəyir.
Bununla yanaşı, maliyyə məsləhətçiləri bildirirlər ki, adətən mühüm görüşlərə tərəfdaşları dəvət edirlər ki, əməkdaşlığa başlasınlar, ona görə də xərclər özünü doğruldur. Üstəlik, işgüzar görüşlərin pulunu şirkətin hesabına yazmaq olar, yəni faktiki olaraq hesabı şirkət ödəyir: «Amma əgər qarşı tərəf öz pulunu ödəməkdə təkid edirsə, bu nəyinsə uğurlu olmaması barədə düşünmək üçün siqnaldır».
4. Rəis nahara dəvət edirsə, pul qabı götürmək lazımdırmı?
Əgər romantik görüşlərə pulsuz getmək lazım deyilsə, rəislə nahara hökmən kartla getmək lazımdır. Bu halda da «nahara dəvət edirəm» və «bir yerdə nahar edək» ifadələrini dəqiqləşdirmək vacibdir. Mütəxəsislər bildirir ki, nahar işgüzar günün davamıdırsa, ilk dəfə onun pulunu rəis ödəyə bilər. Amma belə halar təkrarlanırsa, «tərəfdaşlıq formatına» qayıtmaq lazımdır: «Yəni hər kəs öz pulunu ödəməlidir»
5. Bilmirsən nahara dəvət edirlər, yoxsa çağırırlar – NƏ ETMƏLİ?
«Belə qeyri-müəyyənlik şam yeməyi və nahardan olan müsbət təəssüratları tamamilə korlaya bilər. Ona görə də bu məsələni hələ restoranın girişində dəqiqləşdirmək lazımır – dəvət ediblərsə pulunuz ödəniləcək, tərəfdaş naharıdırsa, hər kəs öz pulunu ödəyəcək»-deyə ekspertlər bildirir.
Əgər ofisiant hesabı gətirirsə, amma sizin dəvət etmədiyiniz masa yoldaşı özünü görməməzliyə vurur və ödəmədə iştirak etmək istəmirsə, onda, ekspertlərin fikrincə, artıq söhbət etmədən hesabı ödəməlisən: «Ofisiantın yanında ödənişi kimin edəcəyini müzakirə etmək yaxşı deyil. Amma gələcəkdə belə partnyorla əməkdaşlıq edib-etməmək barədə yaxşı-yaxşı fikirləşmək lazımdır»
6. Restoranda ayrı-ayrı hesab istəmək mədəniyyətsizlik deyil ki?
Bütün ekspertlər bildirir ki, naharın hesabı gələndə ofisiantdan hesabı ayrı-ayrı gətirməsini istəmək heç yaxşı əlamət deyil. Əgər belə bir fikriniz varsa, bunu ofisianta əvvəlcədən, sifariş verməzdən əvvəl bildirmək lazımdır.
7. Stol yoldaşı hesab hökmən ödəmək istəyirsə nə etməli?
Güzəştə getmək – deyə ekspertlər məsləhət görürlər: «Çünki bizim pullarla davranışımız bizim daxili tələbatlarımızı göstərir. Ola bilər ki, məhz bu anda tərəfdaşınız sizə qarşı ehtiram göstərmək və ya minnətdarlığını bildirmək istəyir. Belə halda qarşı tərəfin pul ödəməsinə razılaşın, ona təşükkür edin, amma eyni zamanda bunu vərdişə çevirməməyi də xahiş edin.
Əslində mübahisə etmək və ətrafdakıların diqqətini cəlb etmək ümumiyyətlə yaxşı deyil: «Gələcəkdə yenə nahara dəvət etmək və ya hədiyyə ilə bu hadisəni kompensasiya etmək olar».
8. Hansı hallarda başqasının hesabına nahardan imtina etmək lazımdır?
Əgər qarşı tərəfin səxavəti sizdə diskomfort yaradırsa və siz özünüzü borclu sayırsınızsa, belə təkliflərdən hökmən imtina etməlisiniz: «Hiss edəndə ki, sizdən bunun əvəzində nəsə gözləyirlər və özünüzü pis hiss edirsinizsə, imtina edin».
Eləcə də bax: Viza istəyənlər üçün - SOSİAL ŞƏBƏKƏ TƏLƏBİ
Əgər siz tərəfdaşla münasibətləri olduğu kimi saxlamaq və məsafə saxlamaq istəfirsinizsə, bu halda da hesabınızı özünüz verməlisiniz: «Əgər münasibətləri dostluğa çevirmək və ya daha da yaxınlaşdırmaq istəmirsinizsə, məhz belə etməlisiniz». Amma hətta qarşı tərəfin təklifindən imtina edəndə də hökmən ona təşəkkür etmək lazımdır.
9. Restorandakı hesabın ödənməsi qarşı tərəfi borclu edirmi?
Əlbəttə ki, adamın dəvəti qəbul etməsi və hesabın da dəvət edən tərəfindən ödənilməsi heç kimin üzərinə öhdəlik qoymur və borclu etmir. Hərçənd romantik görüş zamanı kavaler başqa cür düşünə bilər: «Əziz xanımlar, siz kişilərə heç nə ilə borclu deyilsiniz. Əslində kişilər xoşbəxt olmalıdırlar ki, sizin kimi gözəl xanımlarla nahar edirlər. Bu zaman qadının yeganə öhdəliyi gözəl görünmək, qarşı tərəfə nəzakətli olmaq, xoşagələn atmosfer yaratmaq və söhbəti dəstəkləməkdir»-deyə ekspertlər bildirirlər.
10. Restoranda hesabı ödəməyə pul çatmırsa nə etməli?
Əgər romantik görüşdə kişinin və ya işgüzar görüşdə dəvət edən tərəfin hesabı ödəməyə pulu çatmırsa, ekspertlər bunun üçün 3 çıxış yolu təklif edirlər.
1. Sakitcə masadan qalxaraq restoranın administratoru ilə danışmaq və vəziyyəti ona izah etmək lazımdır. Məsələn, ona hansısa əşyanı girov saxlaya bilərsiniz ki, pulu sonra ödəyəsiniz. Bu əşya saat və ya telefon ola bilər. Heç bir halda pasport və şəxsiyyət vəsiqəsini girov saxlamayın.
2. Dostlara və ya qohumlara zəng edərək vəziyəti izah edib onlardan pul istəyə bilərsiniz. Ya da sizin karta ödəniş etmələrini xahiş etmək olar.
3. Bunların heç biri alınmırsa, sadəcə xanıma vəziyyəti izah etməli və ondan borc istəmək lazımdır: «Xanımlar isə belə vəziyyətdə borc verməkdənsə, hesabı yarı bölməyi təklif etsələr daha yaxşı olar. Özü də bunu çox korrekt etmək lazımdır ki, qarşı tərəf özünü pis hiss etməsin. Üstəlik, xanımlar gərginliyi aradan tamamilə qaldırmaq üçün bildirə bilərlər ki, gələn dəfə də nahara dəvət təklifini qəbul edəcək və imkan yaradacaq ki, qarşə tərəf özünü doğrulda bilsin».
Restoranda pulu kim ödəməlidir? – MALİYYƏ ETİKETİNİN 10 QAYDASI
11:46
30 Mart 2018