Ötən il rəzində yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 3999,1 min olub.
Eləcə də bax: Putinə gözlənilməz sual: "Siz 170 dollara dolana bilərsiz?" - VİDEO
FED.az "ted"ə istinadən xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, xətaların 39,9%-zi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 22,1%-i dayanma və ya durma qaydalarının pozulması, 10,3-zi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsidir.
9,3%-zi işıqfor və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3,6%-zi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 3,5%-zi icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.
Qaydaların pozulmasına görə 119,0 milyon manat məbləğində cərimələr tətbiq edilib.