2024-cü ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində 644,6 milyon manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabı satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar ayına nisbətən 5,3% çoxdur.
Bu ilin ilk ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 14,3% faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.