2024-cü ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində 106,2 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar ayına nisbətən 11,6% azdır.
Bu ilin ilk ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,4% faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlar alınmasına sərf olunub.