2023-cü ilin yanvar-iyul aylarında Bakı şəhərində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibati binaları, “Bakı KOB evi”, “STEAM İnnovasiya Mərkəzi”, “Şimal” Kiçik Su Elektrik Stansiyası, Cəbrayıl rayonunda “Cəbrayıl” qovşaq elektrik yarımstansiyası, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC istifadəyə verilib.
«Araz Vadisi İqtisadi» zonasında 10 milyonluq müəssisə işə düşdü - 1500 AVTOMOBİLƏ XİDMƏT GÖSTƏRƏCƏK
Dövlət Statistika Komitəsindən FED.az-a bildirilib ki, bu dövrdə Cəlilabad rayonunda Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi, Füzuli rayonunda Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, Füzuli-Hadrut avtomobil yolu, Xocavənd rayonunda Rəqəmsal İdarəetmə Mərkəzi, “Hadrut” qovşaq yarımstansiyası, Şükürbəyli Cəbrayıl-Hadrut avtomobil yolu, Kəlbəcər rayonunda hərbi hospital, “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyaları, Laçın rayonunda “Qorçu” yarımstansiyası, “Laçın” şəhəryarımstansiyası, Neftçala rayonunda Neftçala Olimpiya İdman Kompleksi, Salyan rayonunda “Asan xidmət” Mərkəzi, “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzi, Tərtər rayonunda Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolu, Şuşa rayonunda Zarıslıçay nasos stansiyası, Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi, Şuşa Otel Konqres Mərkəzi Kompleksi, Şuşa Yaradıcılıq Mərkəzi, Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi, Milli Xalça Muzeyinin Şuşa filialı, Mehmandarovların malikanə kompleksi və digər mühüm obyektlər tikilərək istifadəyə verilib.