Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 72 milyon 66 min ABŞ dolları dəyərində 39 min 458 ton ət idxal edib.
Eləcə də bax: Azərbaycan badam istehsalını artırıb, idxalı azaldır – Qiymətlər Düşür
FED.az Banker.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 403 min dollar (0.6%) çox və 6 min 841 ton (15%) azdır. Bu, idxal ətin bahalaşdığına işarədir.
2019-cu ilin 10 ayında isə Azərbaycana 71 milyon 663 min dollar dəyərində 46 min 299 ton ət idxal edilib.
Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,74%-ni təşkil edib.