Bu ilin yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz azalaraq 932,5 min nəfər olub.
Dövlət Statistika Komitəsinə FED.az verilən məlumata görə, ölkə vətəndaşlarının 34,1 faizi İrana, 30,0 faizi Gürcüstana, 20,4 faizi Rusiya Federasiyasına, 9,8 faizi Türkiyəyə, 5,7 faizi isə digər ölkələrə səfər edib. Gedənlərin 68,5 faizini kişilər, 31,5 faizini qadınlar təşkil edib.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 32,8 faiz, Türkiyəyə gedənlərin sayı 23,8 faiz, Gürcüstana gedənlərin sayı 16,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 13,8 faiz azalıb.