2024-cü ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrə 231.2 min ABŞ dolları dəyərində 210 kq nərə balıqlarının kürüsünü ixrac edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 176,5 min dollar və ya 4,2 dəfə, miqdar baxımından isə 160 kq və ya 4,2 dəfə çoxdur.
2023-cü ilin yanvar-mart aylarında 54,7 min dollar dəyərində 50 kq kürü ixrac edilib.
1 kq kürünü ixrac qiyməti 2023-cü ilin 3 ayına görə 1 101 dollar (1 872 manat) olub ki, bu da qiymətlərdə 6 dollar (10 manat) və ya 0,6% bahalaşma deməkdir.
Ötən ilin 3 ayının nəticəsinə görə 1 kq kürünün ixracı 1 095 dollar və ya (1 861 manaT) təşkil edib.