Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 58 469,5 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,3%, qeyri-neft-qaz sektorunda isə 2,3% azalıb.
ÜDM istehsalının 34,2%-i sənaye, 11,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 7,4%-i nəqliyyat və anbar təsərrüfatı, 6,4%-i tikinti, 2%-i informasiya və rabitə, 1,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 19,9%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9%-ini təşkil edib.
Son 1 ildə ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 11,3% azalaraq 5 862 manat olub.