2024-cü ilin yanvar-mart ayında pərakəndə ticarət şəbəkəsində 313,9 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-mart aylarına nisbətən 0,6% çoxdur.
Bu ilin ilk üç ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.