2024-cü ilin yanvar-mart ayında pərakəndə ticarət şəbəkəsində 730,6 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-mart aylarına nisbətən 12,1% çoxdur.
Bu ilin ilk üç ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5,14 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.