Türkiyə Statistika Təşkilatı (TÜİK) fevral ayı inflyasiya məlumatlarını açıqlayıb.
Azərbaycan iş adamlarının - TÜRKİYƏYƏ YATIRIMLARI 4 DƏFƏ ARTIB
FED.az xəbər verir ki, qardaş ölkədə inflyasiya aylıq 4,53 faiz, illik isə 67,07 faiz təşkil edib.
Analitiklərin gözləntiləri fevral ayında istehlak qiymətləri indeksinin (inflyasiya göstəricisi) aylıq 3,8 faiz, illik isə 66 faiz artacağı idi.
Türkiyədə yanvarda inflyasiya aylıq 6,70 faiz, illik 64,86 faiz təşkil etmişdi.
Beləliklə, inflyasiya sürətlənib və Mərkəzi Bankın may ayında qiymət artımlarının pik həddə çatacağını gözlədiyi 70 faiz səviyyəsinə yaxınlaşıb.
Baza inflyasiyası 70,48 faizdən 72,89 faizə yüksəlib.
Ötən ilin eyni ayına nisbətən ən çox qiymət artımı (94,78%) restoran və otellərdə olub. Sonra 91,84 faizlə təhsil, 81,25 faizlə səhiyyə gəlir.
Fevral ayında yanvar ayı ilə müqayisədə ən çox qiymət artım (12,76%) təhsildə olub. Sonra 8,25 faizlə qida və alkoqolsuz içkilər, 5,42 faizlə restoran və otellər gəlir. (Marja)