2025-ci ilin yanvar–avqust aylarında tikinti sahəsində işləyənlərin maaşları ötən ilin eyni dövrü ilə müqayisədə artıb.
Dövlət məktəblərində işçi az, maaş çox - RƏQƏMLƏR
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Belə ki, orta aylıq əməkhaqqı 1 071,6 manatdan 1 160,8 manata qalxaraq 89,2 manat və ya 8,3% artım göstərib.
Dövlət müəssisələrində maaşlar 1 014,0 manatdan 1 115,9 manata yüksəlib (10,1% artım), qeyri-dövlət sektorunda isə 1 086,9 manatdan 1 172,6 manata qalxıb (7,9% artım).
Bu artımlara baxmayaraq tikinti sektorunda muzdla çalışanların sayı bir qədər azalıb. 2024-cü ilin sentyabrında 120,3 min nəfər olan işçi sayı 2025-ci ilin eyni tarixində 119,4 min nəfərə düşüb, bu da təxminən 0,8% azalma deməkdir. Dövlət sektorunda cüzi (0,1 min nəfər), qeyri-dövlət sektorunda isə 0,8 min nəfər azalma qeydə alınıb.
Ümumilikdə, 2025-ci ildə tikinti sahəsində maaşlar artmaqda davam edir, amma işçi sayında az da olsa geriləmə müşahidə olunur.