2025-ci ilin yanvar-avqust aylarında təhsil sektorunda orta aylıq əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə artıb.
Azərbaycanda informasiya və rabitə sektorunda orta maaş artıb - RƏQƏMLƏR
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Belə ki, orta maaş 750,2 manatdan 808,7 manata yüksələrək 58,5 manat və ya 7,8% artım göstərib. Dövlət müəssisələrində orta əməkhaqqı 741,5 manatdan 799,5 manata qalxıb, yəni 7,8% yüksəlib. Özəl təhsil müəssisələrində də artım müşahidə olunub, əmək haqqı 921,9 manatdan 972,5 manata çatıb, yəni 5,5% artım qeydə alınıb.
Bununla yanaşı, 2025-ci il sentyabr ayının 1-nə olan məlumata görə, təhsil sahəsində muzdla çalışan işçilərin sayı azalıb. Cəmi işçi sayı 319,7 min nəfərdən 316,9 min nəfərə düşərək 0,9% azalıb. Dövlət müəssisələrində azalma daha çox olub və 4,6 min nəfər və ya 1,5% azalma müşahidə edilib. Əksinə, özəl təhsil sektorunda işçi sayı 1,8 min nəfər artaraq 12,6% yüksəlib.
Rəqəmlər göstərir ki, təhsil sahəsində maaş artımı davam edir, lakin dövlət müəssisələrində işçi sayında azalma meyli var.