2023-cü ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-iyun aylarına nisbətən 112,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 115,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 111,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,5 faiz təşkil edib.
Məşhur taksi şirkəti: «Azərbaycanda taksi bahalaşacaq, hamı üçün əlçatan olmayacaq» - RƏSMİ AÇIQLAMA
Dövlət Statistika Komitəsindən (DSK) FED.az-a verilən məlumata görə, 2023-cü ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,1 faiz, əvvəlki ilin iyun ayına nisbətən 110,6 faiz təşkil edib.
2023-cü ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin iyun ayına nisbətən 9,8 faiz artıb. İyun ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma və minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi xidmətlərinin qiymətlərində, ucuzlaşma isə respublikadan kənara istirahət turlarının qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.