Azərbaycanda fəaliyyət göstərən beynəlxalq taksi aqreqatoru şirkətlərindən biri – «Maxim» taksi şirkəti ölkədə taksilərin fəaliyyətinə gözləniən dəyişiklik barədə açıqlama yayıb.
Şirkətin FED.az-a ünvanladığı açıqlamada deyilir ki, yeni qanunun qəbulu taksi fəaliyyətinə çətinlik yaratmaqla yanaşı, qiymətlərin artımına səbəb olacaq ki, nəticədə taksilər hamı üçün əlçatan olmayacaq.
Milli Məclisdə taksilərə nəzarətin gücləndirilməsinə dair layihə - QƏBUL EDİLDİ
Azərbaycanda taksi fəaliyyəti üçün dövlət rüsumları müəyyənləşir - MƏBLƏĞLƏR
Azərbaycanda taksilərə nəzarət başlayır
Azərbaycanda filial və yaxud nümayəndəlik yaratmalı olacaqlar - TƏLƏBLƏR SƏRTLƏŞDİRİLİR
İcazəsiz taksi sifarişi operatoru kimi fəaliyyət göstərənlər - 40 Min Manat Cərimələnəcək
Taksi üçün buraxılış vəsiqələri və taksi sifarişi operatoru fəaliyyətinə icazə - 7 İl Müddətinə Veriləcək
Taksi avtomobilində taksometr quraşdırılması - MƏCBURİ OLACAQ
Şirkət xatırladır ki, «İyunun 16-sı Azərbaycan parlamentinin növbədənkənar iclasında birinci oxunuşda “Avtomobil nəqliyyatı haqqında” qanuna və sərnişin daşımalarına aid digər qanunlara dəyişikliklərin daxil edilməsi ilə bağlı qanun layihəsi təsdiq olunub. Yeni qanunda bu sahədə dövlət tənzimləməsi, o cümlədən icbari lisenziya və həm hüquqi, həm də fiziki şəxslər üçün daşımaya bir sıra icazələr tətbiq etmək təklif olunur».
“Maxim” xidmətinin ekspertlərinin qiymətləndirmələrinə görə, nəqliyyat xidmətlərinin qanunvericiliklə tənzimlənməsini hamı – həm sürücülər, həm də sərnişinlər hiss edəcəklər.
«Dövlətin yeni siyasəti nəqliyyat xidməti bazarında qlobal dəyişikliklərə gətirib çıxaracaq. Nəzərdən keçirilən düzəlişlər bu sahədə qiymət qoyulmaya mənfi təsir edəcək ki, bu da sərnişinlərin xidmətə tələbatında özünü göstərədək – qiymətin artması ona gətirib çıxaracaq ki, taksi hamı üçün əlçatan olmayacaq»-deyə açıqlamada bildirilir.
Bundan başqa, şirkət hesab edir ki, yeni qaydalardan sonra taksi fəaliyyəti göstərmək prosesi də çətinləşəcək, çünki burada nəzərdə tutulan bəzi yeni tələblərə əməl etmək çətindir:
«Sürücülərə bəzi mexanizmlərin və tələblərin irəli sürülməsi, məsələn, reysöncəsi icbari tibbi müayinə aqreqator platformaları ilə əməkdaşlığı iqtisadi səmərəsizlik və texniki xüsusiyyətlər sarıdan mümkünsüz olmasa belə, çox mürəkkəbləşdirəcək – heç də hər yerdə sutka boyu tibbi yoxlamadan keçmək imkanı yoxdur».
Şirkət xatırladır ki, parlamentdəki müzakirələrdə bildirilib ki, taksi sürücülərinin 90%-dən çoxu hazırda sifarişin onlayn-platforması vasitəsilə gedişlər edirlər və xidmətin qiymətləndirməsinə görə, şəxsi avtomobillərdə həyata keçirilən daşınmaların çoxu qismən məşğulluq xarakteri daşıyır, «bu səbəbdən də müxtəlif icazələrin sənədləşdirilməsinin müntəzəm məcburi xərcləri onların işi üçün maneə yaradacaq – bu zaman insanlar qazanmaq imkanından məhrum olacaqlar»-deyə şirkət açıqlayır.
“Maxim” şirkət hesab edir ki, bu sahədə ediləcək dəyişikliklər sahənin oyunçuları və maraqlı tərəflərin iştirakı ilə müzakirə edilməlidir: «Maxim» xidmətinin məqsədi əhaliyə əlçatan və rahat xidmətin təqdim olunması, o cümlədən sürücü-partnyorlara əlavə qazanc imkanları yaratmaqla nəqliyyat infrastrukturunu yaxşılaşdırmaqdır. Beləliklə, nəqliyyat sahəsinə aid məsələlərin həlli bütün maraqlı tərəflərin iştirakı ilə həyata keçirilıməli və bazar iştirakçılarının tələbatlarını məmnun etməlidir, çünki təkcə dialoq hər kəs üçün məhsuldar və əlverişli ola bilər».
Xatırladaq ki, “Maxim” dünyada ilk aqreqatorlardan biridir. Xidmət Azərbaycanda 2017-ci ildən fəaliyyətə başlayıb, ilk şəhər Bakı olub. Hazırda xidmət daha dörd şəhərdə – Qəbələ, Sumqayıt, Gəncə və Mingəçevirdə əlçatandır.
Ümumiyyətlə isə, şirkət 2003-cü ildən nəqliyyat sifarişi və digər xidmətlərin innovasiya texnologiyalarını yaradır ki, bu da onu daha müasir, əlçatan və təhlükəsiz edir. Xidmət qeyri-məhdud sayda sifarişçiləri və icraçıları qoşmağa və milyonlarla sifarişi işləməyə imkan verən proqram-aparat kompleksi yaradıb. “Maxim” xidmətinin sifarişi üçün olan əlavə (yəni APP) və «Taxsee Driver» sifarişləri ilə iş üçün əlavə (yəni APP) milyonlarla istifadəçisi olan dünya əlavələri reytinqindədir.