2023-cü ilin birinci rübü ərzində Azərbaycanda 17,9 min yeni iş yerləri açılıb.
Azərbaycanda rəsmi işsizlərin - SAYI AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Komitə bildirir ki, yeni iş yerlərinin 90,2 faizi qeyri-dövlət sektorunda yaradılıb.
Yeni iş yerlərinin 81,9 faizi Bakı şəhərinin, 0,8 faizi Naxçıvan Muxtar Respublikasının, 17,3 faizi digər regionların payına düşüb.
Belə ki, iş yerlərinin 4,5 faizi Abşeron-Xızı, 2,5 faizi Quba-Xaçmaz, 2,0 faizi Mərkəzi Aran, 1,7 faizi GəncəDaşkəsən, 1,5 faizi Şəki-Zaqatala, 1,1 faizi Şirvan-Salyan, 1,0 faizi Qazax-Tovuz, 0,8 faizi Qarabağ, 0,8 faizi Lənkəran-Astara, 0,7 faizi Mil-Muğan, 0,4 faizi Dağlıq Şirvan, 0,3 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.
Yeni açılmış iş yerlərinin 9,2 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 90,0 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,4 faizi isə digər tədbirlər üzrə yaradılıb.