Mayın 1-nə iqtisadi fəal əhalinin sayı 5203,9 min nəfər olub, onlardan 4910,7 min nəfərini məşğul əhali təşkil edib.
Beləliklə iqtisadi aktiv olaraq işləməyənlərin sayi 293 min nəfər təşkil edib.
Azərbaycanda muzdla çalışan işçilərin sayı - 2% ARTIB
Dövlət Statistika Komitəsindən FED.az-a bildirilib ki, cari il aprelin 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1736,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 904,1 min nəfər, qeyri-dövlət sektorunda isə 832,2 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 32,0 min nəfər, qeyri neft-qaz sektorunda isə 1704,3 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,3 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi emal sənayesində, 6,8 faizi tikintidə, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,9 faizi mədənçıxarma sənayesində, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 19,3 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi istirahət, əyləncə və incəsənət, 2,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 faizi maliyyə və sığorta fəaliyyəti, 1,8 faizi informasiya və rabitə, 1,0 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,0 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıb.
Cari ilin birinci rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələri qüvvədə olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 2813 nəfər təşkil edib. Onlardan 43,1 faizi tikintidə, 10,2 faizi emal sənayesində, 8,4 faizi mədənçıxarma sənayesində, 7,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,5 faizi informasiya və rabitə, 5,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri və 20,0 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub. 2023-cü ilin yanvar-mart aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 142,4 saat təşkil edib.