Azərbaycanda vermişel və makaronun qiymətində ötən ilin oktyabr ayı ilə carı ilin oktyabr ayı ilə müqayisədə 20-25% artım olub.
Çörəyin qiymətindəki artım dövriyyəni 38% artırıb - Lakin istehsal düşüb
FED.az xəbər verir ki, vermişelin 1 kiloqramının orta qiyməti ötən illə müqayisədə 47 qəpik və ya 22,3% artaraq 2 manat 58 qəpik olub.
Yerli istehsal üzrə vermişelin qiymətində də artım müşahə edilib. Belə ki, 1 kiloqram yerli vermişelin qiyməti ötən illə müqayisədə 30 qəpik, yəni 17% artaraq, cari ilin oktyarında 2 manat 06 qəpiyə yüksəlikb. İdxal məhsullarında isə artım ötən ilin oktyabr ayı ilə müqayisədə 69 qəpik, yəni 27,5% təşkil edərək 3 manat 20 qəpik olub.
Makaronun qiymətində də hər üç göstərici üzrə artım qeydə alınıb. Belə ki, 1 kiloqram makaronun orta qiyməti ötən ilin oktyabr ayı ilə müqayisədə 44 qəpik, yəni 21% artıb və 2 manat 54 qəpik təşkil edib.
Yerli makaronun qiyməti 31 qəpik, yaxud 18% artaraq 2 manat 04, qəpik, idxal edilən makaronun qiyməti isə 64 qəpik və ya 25,9% faiz artaraq 3 manat 15 qəpiyə yüksəlib.