2019-cu ildə əhali 197,4 min ton və ya adambaşına 19,7 kq soğan istehlak edib.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı Ərzaq balansına görə, soğan istehlakı il ərzində 15,8% artıb.
Eləcə də bax: Gürcüstan şərabının Azərbaycana ixracı - 35% Artıb
Keçən il rekord məhsul toplanıb - 267,2 min ton soğan. Bu, 2018-ci ilə nisbətən 13,4% çoxdur. Eyni zamanda, son altı ildə yerli soğan istehsalı təxminən 100 min ton artıb. Yüksək istehsal göstəricilərinə baxmayaraq, keçən il soğan idxalı da (3.778 ton) artıb. İl ərzində 26,1 min ton soğan ixrac edilib ki, bu da 35,8%-dir.(Turan)