Bu ilin yanvar-avqust ayları ərzində Gürcüstan Azərbaycana 389,1 min dollar dəyərində 95,4 ton üzüm şərabı ixrac edib.
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib.
Eləcə də bax: Azərbaycanda şərab istehsalı - 2,5 DƏFƏ AZALIB
Bildirilib ki, hesabat dövründə Azərbaycana ixrac edilən məhsulun həcmi illik müqayisədə 22,3 ton və ya 30,5% artıb, dəyəri isə 129,8 min dollar və ya 25% azalıb.
Belə ki, 2019-cu ilin ilk 8 ayı ərzində Gürcüstan Azərbaycana 518,9 min dollar dəyərində 73,1 ton şərab ixrac edib. (Apa)