2020-ci ilin yanvar-may aylarında azərbaycanda şərab istehsalı 2 dəfədən çox azalıb.
Eləcə də bax: Azərbaycanda araq - İSTEHSALI ARTIB
FED.az Dövlət Statistika Komitəsin istinadən xəbər verir ki, ilk 5 ayda ölkədə cəmi 90,5 min dekalitr, yəni 905 min litr şərab isğtehsal edilib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 59% və ya 2,44 dəfə azdır. Hazırda anbarlarda 1 milyon 41 min dekalitr və ya 10,4 milyon litr şərab ehtiyatı var.
Ümumiyyətlə, ilin əvvəlindən bəri üzüm şərabı istehsalı tədricən azalmaqdadır. Belə ki, yanvarda 27 min dekalitr, fevralda 16,9 min, martda 21,6 min, apreldə 14,8 min, mayda isə cəmi 10,2 min dekalitr şərab istehsal olunub.
Anbar qalıqları isə yanvar-fevralda tədricən azalsa da, martda demək olar ki, satış olmayıb və anbar qalıqları birdən birə 21 min dekalitr artaraq 1094 min dekalitrə yüksəlib. Aprel və may aylarında qalıqlar yenidjən azalmağa başlayıb.
|
Üzüm şərabı istehsalı həcmi (min dekalitr) |
Anbar qalıqları (min dekalitr) |
Yanvar |
27,0 |
1078,4 |
Yanvar-fevral |
43,9 |
1073,1 |
Yanvar-mart |
65,5 |
1094,0 |
Yanvar-aprel |
80,3 |
1068,2 |
Yanvar-may |
90,5 |
1041,0 |