Sulfat turşusunun istehsalı ilə məşğul olan "Azərsulfat" MMC nizamnamə kapitalının azaldığını elan edib.
FED.az xəbər verir ki, azaldılan məbləğ və səbəbi açıqlanmayıb.
Buna qədər şirkətin nizamnamə kapitalı 10 min manat idi.
Qeyd edək ki, "Azərsulfat" MMC 2019-cü ilin oktyabr ayında dövlət qeydiyyatına alınıb.