2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 525,3 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 64,3% çoxdur.
Eləcə də bax: Tikinti materialları qiymətində böyük artım var – SİYAHI
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 2 milyon 222,5 min ton sement istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5% çoxdur.
Yanvar-avqust aylarında 17,1 min ton (artım 32,6%) tikinti gipsi, 57,7 min ton (artım 98,3%) sementdən kərpic və tikinti blokları, 1 milyon 730,9 min ton (artım 38,5%) hazır beton qarışığı, 24,2 min ton (artım 16,3%) tikinti əhəngi, 391,8 min kubmetr (artım 15,6%) tikinti kərpici, 27,151 ton (artım 65,9%) işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatlar, 48,4 min ton yığma beton konstruksiya (artım 2,2 dəfə) istehsal edilib.
Hesabat dövründə asfalt istehsalında 20,2% (88,7 min ton), azalma qeydə alınıb.
Xəbər verildiyi kimi, hazırda Azərbaycan hökuməti Qarabağda və Şərqi Zəngəzurda azad olunmuş ərazilərin bərpası üzrə miqyaslı layihələr həyata keçirir. Bu işlər tikinti materiallarının istehsalının artmasına təkan verir. (İnterfaks)