Azərbaycanda tikintidə istifadə edilən əsas materialların qiyməti yenidən qalxıb. Demək olar ki, hamısı ilik 3%-dən çox bahalaşıb. Bahalaşanların əksəriyyəti inşaatda ilkin istifadə edilən materiallar təşkil edir.
Eləcə də bax: Azərbaycanın xaricdan aldığı taxta materiallar - Bahalaşıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə 1 avqust 2021-ci il tarixinə olan rəsmi rəqəmlərə əsasən məlumat verilir.
Tikinti materialları kəskin bahalaşdı – MİŞAR DAŞI TAPILMIR – YENİ QİYMƏTLƏR
Semetin 50 kiloqramının qiyməti artıq 8.33 manata yüksəlib. Bu son bir ayda 0.5%, son bir ildə isə 11.7% bahalaşma olmuşdur.
Tikinti materialların qiyməti artır – «NOVOSTROYKA»LAR VƏ FƏRDİ EVLƏR DƏ BAHALAŞIB
Ölkədə son bir ildə ən çox bahalaşma taxta materiallarında müşahidə edilir. Kəsilmiş taxtanın hər kub metrinin qiyməti 423 manat olub, bu da son bir ayda 1.9%, son bir ildə isə 35.8% bahalaşma deməkdir. Ağac yonqar lövhənin hər kvadrat metrinin qiyməti 10.5 manat olmaqla, son ayda 1%, son bir ildə isə 20.6% bahalaşmışdır. Ağac lifli lövhənin hər kv-m-i isə 11.9 manat olmuş, son bir ayda 1.5%, son bir ildə isə 20.4% bahalaşmışdır.
Taxta materiallarında artıma səbəb yerli bazarda tələbin yüksəlməsi və xaricdən (Rusiyadan) alınan bu məhsulların bahalaşmasıdır.
Alçipanın hər kv-m-nin qiyməti son ayda 0.6%, son bir ildə isə 30.3% bahalaşmaqla 5 manat olub.