2020-ci il may ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15146,8 milyon manat təşkil edib.
Eləcə də bax: Bankların bağlanma səbəbləri açıqlandı – "80% PROBLEMLİ KREDİTİ OLUB"
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, ümumi kredit portfelinin 12449,4 milyon manatı və ya 82,2 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin 97,3 faizi banklar, 2,7 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1232,4 milyon manat olub və ümumi kredit portfelinin 8,1 faizini təşkil edib.