Bu ilin yanvar-fevral aylarında Bakının ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% artaraq 3 249,9 milyon manat olub.
FED.az xəbər verir ki, Bakı Şəhər Statistikasına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri illik müqayisədə 6,7% artaraq 1 535,6 milyon manata, qeyri-ərzaq məhsullarının dəyəri isə 5,1% artaraq 1 714,3 milyon manata bərabər olub.
İstehlak məhsullarının 34%-i hüquqi şəxs statuslu müəssisələrdə, 19,8%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 46,2%-i isə paytaxtın məhsul bazarlarında satılıb.
Report