2024-cü ildə Azərbaycanda ictimai iaşə dövriyyəsi 2 milyard 374,3 milyon manat olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü illə müqayisədə real ifadədə 13,2 % çoxdur.
Azərbaycanda ötən il orta illik inflyasiya 2,2% təşkil edib
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,7 %-i hüquqi şəxslərin, 48,3 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü illə müqayisədə 14,6 % artaraq 1 milyard 205,2 milyon manat olub.