2021-ci il ərzində ölkədə 69 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 88.8 faizi qeyri-dövlət sektorunda açılmışdır.
Eləcə də bax: Keçən ay Azərbaycanda işsizlərin sayı - ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
Bununla yanaşı, 2021-ci il ərzində ölkədə 11.6 min iş yeri bağlanmışdır. Bu dövrdə bağlanmış iş yerlərinin 30.7 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. İş yerlərinin 32 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 68 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanmışdır.