2022-ci ilin yanvar ayında Azərbaycanda işsizlərin sayı artaraq 315.8 nəfər təşkil edib.
Eləcə də bax: Azərbaycanda işsizlərin sayı - AÇIQLANIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilir.
DSK-nın məlumatına görə, 2022-ci il fevralın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 304.3 min nəfər olmuş, onlardan 4 milyon 988.5 min nəfərini məşğul əhali təşkil edib.
Beləliklə, ölkədə son ayda işsizliyin səviyyəsi 5.952%-dən 5.954%-ə qədər cüzi artım müşahidə edilib.
Azərbaycanda işsizlik 2020-ci ilin iyunundan başlayaraq 6%-in üzərinə qalmış, 2021-ci ilin 1 fevralında 7.159% səviyyəsinə qədər qalxsa da növbəti aylarda azalaraq, 2021-ci ilin dekabrından sonra 6%-in altına düşüb. Pandemiyadan öncə isə rəsmi olaraq ölkədə işsizlik səviyyəsi 5%-in altında göstərilir.