2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycandan Almaniyaya 22 milyon 609 min dollar dəyərində 3 674 ton meşə fındığı ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 2 milyon 707 min dollar (13,9%), miqdar ifadəsi ilə 395 ton (12%) artıb.
2022-ci ilin yanvar-dekabr aylarında Almaniyaya19 milyon 501 min ABŞ dolları dəyərində 3 min 279ton meşə fındığı ixrac edilmişdi.
Beləliklə Almaniyaya satılan hər ton meşə fındığının ixrac qiyməti bu il 6 045 dollar, ötən ilin müvafiq dövründə 5 948 dollar təşkil edib. Bu göstərici son bir ildə 97 dollar, başqa sözlə 1,6% artıb.
Bu da o deməkdir ki, 1 kq meşə fındığın orta ixrac qiyməti 2024-cü ilin yanvar ayında 10,3 manat təşkil edib.
Ötən ilin müvafiq dövründə isə bu göstərici 10,1 manat idi.